Az büdcə ilə marketinq mümkündür, amma hər şeyi eyni anda etmək olmaz. Bu yazıda məhdud büdcə ilə marketinqi necə quracağınızı 9 qayda ilə izah edirik.
Məhdud büdcə məhdud nəticə demək deyil
Kiçik büdcə ilə də marketinq işləyir, əgər pul düzgün yerə xərclənirsə. Böyük büdcəsi olan rəqiblər çox vaxt çox şeyi yarımçıq edir. Siz isə bir-iki işi yaxşı edərək nəticə ala bilərsiniz. Büdcə planı üçün kiçik biznes üçün marketinq büdcəsi necə hesablanır yazısına baxın.
1. Bir məqsəd seçin
Eyni anda tanınma, satış, izləyici, sayt trafiki istəmək büdcəni dağıdır. Bir ay üçün bir hədəf seçin: məsələn, ayda 20 mesaj. Bütün fəaliyyəti bu hədəfə yönəldin.
2. Pulsuz kanalları əvvəlcə doldurun
Bir qəpik vermədən görünmək mümkündür: Google biznes profili, Instagram, WhatsApp Business, sosial media bio və Google rəyləri. Bunlar hazır olmadan reklam vermək boş pul xərcləməkdir.
3. Öz məzmununuzu hazırlayın
Telefonla çəkilmiş video da yaxşı işləyə bilər. Əsas məsələ faydalı və səmimi olmasıdır. Mobiloqrafiya sizə sadə telefonla keyfiyyətli məzmun çəkməyi göstərir. Hər şeyi peşəkar çəkiliş edə bilməsəniz belə, ayda bir dəfə əsas videoları peşəkar çəkdirib, qalanını özünüz hazırlaya bilərsiniz.
4. Müştəri rəylərini sistemə salın
Hər müştəridən rəy istəmək ən ucuz marketinq vasitələrindən biridir. Google-da və səhifədə paylaşın. İnsanlar tanımadıqları yerdən almazdan əvvəl rəylərə baxır.
5. Əməkdaşlıq edin
Qonşu bizneslər, influenserlər, mikro-bloggerlər, təlimçilər ilə əməkdaşlıq edin. Pul əvəzinə xidmət mübadiləsi və ya komissiya ilə razılaşa bilərsiniz. Xüsusilə kiçik influenserlər (nano və mikro) çox vaxt sərfəli və səmimi nəticə verir.
6. Köhnə müştərilərdən istifadə edin
Köhnə müştərilər yeni müştəri tapmaqdan ucuzdur. Onlara təkrar xatırlatma və tövsiyə proqramı təklif edin: “Dostunu gətir, hər ikiniz bonus alın”. Bu barədə köhnə müştəri ən ucuz satışdır yazısına baxın.
7. Kiçik reklam testləri edin
Pulsuz kanallar işləyəndən sonra kiçik reklam testi edin. Gündə kiçik büdcə ilə mesaj reklamı sınayın. Nəticə yaxşıdırsa, artırın, yoxdursa, dayandırın. Reklam üçün büdcə hesablamasına baxın.
8. Əvvəlcə ən sərfəli kanalı tapın
Hər ay hansı kanaldan gələn müştəri sayına baxın. Instagram, Google, tövsiyə, reklam? Ən çox və ən ucuz müştəri gətirən kanala daha çox vaxt və pul ayırın.
9. Rəqəmləri izləyin
Az büdcədə hər manat dəyərlidir. Hər ay: xərc, yeni müştəri sayı, bir müştərinin qiyməti. Bu rəqəmlər sizə nəyi saxlamağı, nəyi dayandırmağı göstərir.
Nümunə aylıq plan
- 1-ci həftə: Google profili, Instagram bio, rəy toplamağa başlamaq.
- 2-ci həftə: 3 faydalı paylaşım, 2 Reels, hər gün story.
- 3-cü həftə: bir əməkdaşlıq və ya mikro-influenser sınağı.
- 4-cü həftə: kiçik reklam testi, nəticələrin ölçülməsi.
Az pulla nəyə üstünlük vermək?
Büdcə azdırsa, hər yerdə olmağa çalışmayın. Bir kanal, bir auditoriya, bir təklif seçin. Çox adam Instagram, TikTok, Facebook, Telegramda eyni zamanda olmağa çalışır və heç birində güclü olmur. Birində güclü olun, sonra genişlənin.

Pulsuz alətlər
Telefonla çəkilmiş video, CapCut ilə montaj, Canva ilə dizayn kifayətdir. Google Maps profili pulsuzdur. WhatsApp Business-də kataloq yarada bilərsiniz. Hər gün 30 dəqiqə ayırıb müştərilərlə söhbət etmək də marketinqdir. Bu barədə kiçik biznes marketinq büdcəsi yazısına baxın.
Pulu hara qoymaq?
Əgər bir az pul ayırırsınızsa, ən yaxşı seçim kiçik büdcəli mesaj reklamıdır. Gündə 3-5 manatla da başlamaq olar. Qalan pulu keyfiyyətli şəkil və video çəkilişinə yönəldin, çünki yaxşı görüntü reklamın da, səhifənin də nəticəsini artırır.
Tez-tez verilən suallar
Ən az nə qədər büdcə ilə marketinq başlamaq olar?
Pulsuz kanallarla (Google profili, Instagram, rəylər) praktiki olaraq sıfır büdcə ilə başlamaq olar. Reklam üçün kiçik, sabit gündəlik büdcə lazımdır.
Az büdcə ilə reklam vermək olarmı?
Bəli, amma bir kampaniya və bir hədəf seçin. Çox kampaniya açmaq büdcəni dağıdır.
Marketinqdə nəyə qənaət etmək olmaz?
Əsas təklifə, mesaj cavabına və düzgün ölçməyə. Bunlar olmadan reklam və məzmun pul itkisidir.
İlk aydan nəticə gözləmək olarmı?
İlk ay test ayı sayılır. Real nəticələr 2-3-cü aydan görünür.
Freelancer, yoxsa agentlik?
Kiçik büdcə üçün freelancer daha sərfəlidir, amma tək adamın bacarığı məhduddur. Müqayisəyə buradan baxın.
Büdcənizə uyğun marketinq planı üçün təklif hazırlamağımızı istəyin və ya SMM xidməti səhifəsinə baxın.

