Tez-tez verilən suallar
Beyinix-in xidmətləri, paketləri və iş qaydası haqqında ən çox soruşulan suallar. Cavabını tapmadığınız sual olsa, WhatsApp-da yazın.
Beyinix hansı xidmətləri təklif edir?
Brendinq, SMM, Meta reklamları, kontent istehsalı və təlimlər. Xidmətlər paketlər şəklində və ya fərdi tələbə uyğun qurulur.
Hansı paket mənə uyğundur?
Artım və Böyümə kiçik bizneslər üçün, Liderlik və Dominant orta və böyük şirkətlər üçün nəzərdə tutulub. Böyük şirkətlər üçün ayrıca kompleks marketinq xidməti var. Qərar verməkdə çətinlik çəkirsinizsə, ilkin görüşdə birlikdə müəyyən edirik.
Əməkdaşlıq hansı müddətə bağlanır?
1, 3 və 6 aylıq formatlar mövcuddur. Uzunmüddətli əməkdaşlıqda ödəniş əvvəlcədən edilir.
Satış nəticəsinə zəmanət verirsiniz?
Satış ortaq məsuliyyətdir. Nəticənin təxminən 70%-i bizim işimizdən asılıdır: strategiya, kontent, reklam və ardıcıl icra. Qalan 30%-i isə sizin tərəfinizdədir: məhsulun keyfiyyəti, qiymət, müraciətlərə vaxtında cavab və satış prosesinin özü. Biz öz payımıza tam cavabdehik və hər ay şəffaf hesabat təqdim edirik.
Nəticələri nə vaxt görməyə başlayacağam?
İlk nəticələr çox vaxt elə birinci aydan görünür: müraciətlər artır, auditoriya reaksiya verir, ilk satışlar gəlir. Bu nəticələri sabit və artan xəttə çevirmək isə ardıcıl iş tələb edir.
Təlimləri ayrıca sifariş etmək olar?
Bəli. Komandalar və sahibkarlar üçün marketinq, satış və davranış mövzularında təlimlər ayrıca təşkil olunur.
Saytdan xidmət almaq və ya ödəniş etmək olur?
Xeyr, sayt məlumat xarakterlidir. Əməkdaşlığa başlamaq üçün bizimlə əlaqə saxlayın.
Ofisiniz harada yerləşir və iş saatlarınız necədir?
Ağ Şəhər, Knightsbridge Residence. Həftədə 5 gün, 10:00–18:00.
