Skip to main content

Beyinix

ORXAN ŞAHBAZ

Beyinix Marketinq Agentliyinin rəhbəri, “ZİDD” kitabının müəllifi, Təlimçi

Orxan Şahbaz 1992-ci ildə Bakı şəhərində anadan olub. Əslən Füzuli rayonu Qaraxanbəyli kəndindəndir. Orta təhsilini 93 saylı tam orta məktəbdə alıb. Ali təhsili Odlar Yurdu Universiteti və USA Lincoln Universitetinin ikili diplom proqramı ilə BBA (Bachelor of Business Administration) – Biznes İdarəetməsi və Marketinq ixtisasında təhsil alıb. Hərbi xidmətini xüsusi təyinatlı kəşfiyyat taborunda kəşfiyyatçı vəzifəsində həyata keçirib. 2016-2018-ci ildən başlayaraq Yumşaq Bacarıqlar (Soft Skills) mövzularında fərdi şəxslər, şirkət əməkdaşları və ictimai tədbirlərdə təlim, seminarlar həyata keçirir. 2018-2020-ci illərdən etibarən marketinq, idarəetmə, sosial psixologiya sahələrində fəaliyyətini davam etdirir. 2022-ci ildən aktiv və davamlı şəkildə təlim və seminarlarla bərabər, qurucusu olduğu “Beyinix” marketinq mərkəzində şirkətlər, fərdi şəxslər üçün brendinq, sosial media strategiyasının qurulması və s. bu yöndə marketinq xidmətlərini həyata keçirir. Sosial media hesablarında aktiv həyat tərzi, ictimai mövzulara münasibət, marketinq və fəlsəfə yönümlü məzmunlar paylaşır. 2016-cı ildən indiyə qədər keçdiyi təlim və seminarlarda bütün Azərbaycan üzrə təxminən 18.000 + şəxsiştirak edib. “ZİDD” kitabının müəllifidir. Hobbisi velosiped sürmək, fitneslə məşğul olmaq, vloq hazırlamaq, hikinq, trekinq, yürüş. Həyat şüuarı: Causa sui.

Qısa məlumat

Orxan Şahbaz: əsas faktlar

FəaliyyətBeyinix marketinq agentliyinin qurucusu və rəhbəri, təlimçi, yazıçı
Doğum1992, Bakı
TəhsilOdlar Yurdu Universiteti və Lincoln University (ABŞ) ikili diplom proqramı, BBA: Biznes idarəetməsi və marketinq
SahələrMarketinq, brendinq, sosial media strategiyası, idarəetmə, sosial psixologiya, yumşaq bacarıqlar
Təlim təcrübəsi2016-cı ildən bəri Azərbaycan üzrə təlim və seminarlarda təxminən 18 000-dən çox iştirakçı
Kitab"ZİDD" (2025)

Təlim və seminar formatları ilə marketinq təlimləri səhifəsində, agentliyin xidmətləri ilə SMM xidməti səhifəsində tanış ola bilərsiniz.

Sual-cavab

Tez-tez verilən suallar

Orxan Şahbaz kimdir?

Orxan Şahbaz Bakıda fəaliyyət göstərən Beyinix marketinq agentliyinin qurucusu və rəhbəri, təlimçi və "ZİDD" kitabının müəllifidir. Marketinq, idarəetmə və sosial psixologiya sahələrində çalışır.

Orxan Şahbaz hansı mövzularda təlim keçir?

Marketinq, satış, brendinq, sosial media strategiyası və yumşaq bacarıqlar (soft skills) mövzularında. Təlimlər fərdi şəxslər, şirkət komandaları və ictimai tədbirlər üçün təşkil olunur.

Təlimlərində neçə nəfər iştirak edib?

2016-cı ildən bəri Azərbaycan üzrə keçirdiyi təlim və seminarlarda təxminən 18 000-dən çox şəxs iştirak edib.

"ZİDD" kitabı nə haqqındadır?

"ZİDD" insanın həyatındakı daxili və xarici ziddiyyətləri anlamaq və idarə etmək haqqındadır. Kitab düşüncə, duyğu, davranış və danışıq mövzuları üzərində qurulub və 2025-ci ildə nəşr olunub.

Orxan Şahbazla necə əlaqə saxlamaq olar?

Təlim, konsultasiya və ya marketinq xidməti üçün WhatsApp (+994 99 355 20 30) və ya info@beyinix.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.