Titanium Dry: səhifə idarəetməsi, SMM, brendinq və peşəkar video

| Müştəri | Titanium Dry |
| Fəaliyyət sahəsi | Quru təmizləmə və dəri təmiri |
| Agentlik | Beyinix |
| Layihə | Səhifə idarəetməsi, SMM, brendinq və peşəkar video |
Layihə haqqında
Titanium Dry quru təmizləmə, dəri təmiri və lostra xidməti göstərən premium quru təmizləmə mərkəzidir. Bakıda bir neçə filialı var (Badamdar, Nərimanov, Ağ şəhər).
Beyinix burada səhifənin idarəsini, SMM-i, brendinqi və peşəkar video istehsalını davamlı şəkildə həyata keçirir.
Məqsədimiz nə idi?
Quru təmizləmə sahəsində müştəri keyfiyyəti əvvəlcədən görə bilmir. Ona görə məqsəd Titanium Dry-ı “gücü və keyfiyyəti hiss olunan” premium xidmət kimi göstərmək, filialları tanıtmaq və müştəriyə qiymət, ünvan kimi suallara cavab vermək idi.
Beyinix olaraq nə etdik?
1. Brendin vizual dili
Qaranlıq-mavi tonlar və “Titanium gücü” anlayışı üzərində vizual üslub qurduq. Loqonun metal hissi kommunikasiyada davam edir.
2. Güclü kreativ konsept
“Ləkəyə qarşı Titanium gücü” kimi şüarlarla havada uçan təmiz geyim vizualları hazırladıq. Adi sahəni yaddaqalan edən məhz bu cür aydın ideyadır.
3. Xidmətin göstərilməsi
Dəri çanta və ayaqqabı təmizliyi, geyimin təmizlənməsi və filialın görünüşü kimi mövzularda həm dizayn, həm video kontent hazırlayırıq.
4. Məlumat bölmələri
Highlight-larda qiymət, filiallar və işimizdən nümunələr yerləşdirilib ki, müştəri qərar verməzdən əvvəl bütün suallara cavab tapsın.
Layihənin nəticəsi
Titanium Dry-ın səhifəsi indi premium xidmət mövqeyinə uyğun görünür, filialları və xidmətləri aydın təqdim edir.
Beyinix yanaşması
Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. Titanium Dry layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.
WhatsApp ilə yazınMarketinq sistem paketləri
Bütün real iş nümunələri · English: Titanium Dry
