Skip to main content

Beyinix

Case study · Uşaq mebeli

DivanChi Kids: sosial media brendinqi və SMM

DivanChi Kids: Instagram səhifəsinin Beyinix tərəfindən hazırlanmış dizaynı
MüştəriDivanChi Kids
Fəaliyyət sahəsiUşaq mebeli
AgentlikBeyinix
LayihəSosial media brendinqi və SMM

Layihə haqqında

DivanChi Kids Divanchi Interiors brendinin uşaq mebeli xəttidir. Şüar: “Balaların xəyalındakı mebeli hazırlayırıq”.

Uşaq mebelini alan valideyndir, amma seçimdə uşağın zövqü və təhlükəsizlik əsas yer tutur. Beyinix hər iki tərəfə danışan səhifə qurur.

Məqsədimiz nə idi?

Məqsəd uşaq mebelini sadə məhsul kimi yox, uşağın otağını xəyala çevirən həll kimi göstərmək idi.

Beyinix olaraq nə etdik?

1. Vizual dil

Divanchi Interiors-ın neytral tonlarından fərqli olaraq, bu brend üçün yumşaq pastel rənglər, yumşaq formalar və əyləncəli dizaynlar seçdik. Brendin əsas loqosu və ailə hissi qorunur.

2. Məhsul qruplarına görə quruluş

Highlight-ları “Kids bed”, “Pouf”, “Location” və “Contact” kimi ayırdıq. Valideyn istədiyi məhsulu tez tapır.

3. Dizayn və kontent

Uşaq otağı vizualları, “Uşaqlarınızı xəyallara apar” tipli duyğusal mesajlar və məhsul təqdimatları hazırlayırıq. Mövzular valideynin düşündüyü suallara cavab verir.

4. SMM

Kontent planı və paylaşım ardıcıllığı idarə olunur.

Layihənin nəticəsi

DivanChi Kids üçün ana brendlə əlaqəli, amma uşaq auditoriyasına yönəlmiş rəngli və isti sosial media səhifəsi formalaşdı.

Beyinix yanaşması

Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. DivanChi Kids layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.

WhatsApp ilə yazınMarketinq sistem paketləri

Bütün real iş nümunələri · English: DivanChi Kids