Skip to main content

Beyinix

Case study · Tikinti və layihələndirmə

UCAL Construction: rəqəmsal marketinq, brendinq və sıfırdan qurulma

UCAL Construction: Instagram səhifəsinin Beyinix tərəfindən hazırlanmış dizaynı
MüştəriUCAL Construction
Fəaliyyət sahəsiTikinti və layihələndirmə
AgentlikBeyinix
LayihəRəqəmsal marketinq, brendinq və sıfırdan qurulma

Layihə haqqında

UCAL Construction dizayn və layihələndirmə, villa tikintisi və təmiri, interyer və eksteryer dizaynı xidmətləri göstərən tikinti şirkətidir. Şirkətin şüarı “Layihələrinizi birlikdə ucaldırıq”.

Beyinix bu şirkət üçün rəqəmsal marketinq və brendinq işləri aparıb və sosial media təqdimatını sıfırdan qurub.

Məqsədimiz nə idi?

Tikintidə müştəri böyük məbləğ və uzun müddətli qərar verir, ona görə etibar hər şeydən önəmlidir. Məqsəd UCAL-ı nəticəsi görünən real layihələri olan, peşəkar komanda kimi təqdim etmək idi.

Beyinix olaraq nə etdik?

1. Brendin vizual kimliyi

Tünd mavi və ağ tonlarda, ciddi və premium hissi verən vizual sistem qurduq. Loqo və dizaynlar tikinti sahəsinin etibarlı görünüşünə uyğundur.

2. Xidmətlərin aydın təqdimatı

Dizayn və layihələndirmə, villa tikintisi və təmiri, interyer və eksteryer dizayn kimi üç əsas xidməti birinci üç paylaşımda təqdim etdik. Ziyarətçi şirkətin nə etdiyini ilk saniyədə anlayır.

3. Real layihələrin göstərilməsi

“Real layihələrimizdən” seriyasında şirkətin gördüyü villaları (məsələn Mərdəkanda yeni villa) və memarın gördüyü əsas işləri izah edən kontent hazırlayırıq.

4. Highlight bölmələri

“Layihələr”, “Haqqımızda”, “Ünvan” və “Əlaqə” bölmələri ilə səhifə tam məlumatlı olur.

Layihənin nəticəsi

UCAL Construction üçün sıfırdan qurulmuş, xidmətləri və layihələri vahid və səliqəli formada göstərən peşəkar sosial media təqdimatı formalaşdı.

Beyinix yanaşması

Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. UCAL Construction layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.

WhatsApp ilə yazınMarketinq sistem paketləri

Bütün real iş nümunələri · English: UCAL Construction