Skip to main content

Beyinix

Case study · Quru təmizləmə və dəri təmiri

Titanium Dry: səhifə idarəetməsi, SMM, brendinq və peşəkar video

Titanium Dry: Instagram səhifəsinin Beyinix tərəfindən hazırlanmış dizaynı
MüştəriTitanium Dry
Fəaliyyət sahəsiQuru təmizləmə və dəri təmiri
AgentlikBeyinix
LayihəSəhifə idarəetməsi, SMM, brendinq və peşəkar video

Layihə haqqında

Titanium Dry quru təmizləmə, dəri təmiri və lostra xidməti göstərən premium quru təmizləmə mərkəzidir. Bakıda bir neçə filialı var (Badamdar, Nərimanov, Ağ şəhər).

Beyinix burada səhifənin idarəsini, SMM-i, brendinqi və peşəkar video istehsalını davamlı şəkildə həyata keçirir.

Məqsədimiz nə idi?

Quru təmizləmə sahəsində müştəri keyfiyyəti əvvəlcədən görə bilmir. Ona görə məqsəd Titanium Dry-ı “gücü və keyfiyyəti hiss olunan” premium xidmət kimi göstərmək, filialları tanıtmaq və müştəriyə qiymət, ünvan kimi suallara cavab vermək idi.

Beyinix olaraq nə etdik?

1. Brendin vizual dili

Qaranlıq-mavi tonlar və “Titanium gücü” anlayışı üzərində vizual üslub qurduq. Loqonun metal hissi kommunikasiyada davam edir.

2. Güclü kreativ konsept

“Ləkəyə qarşı Titanium gücü” kimi şüarlarla havada uçan təmiz geyim vizualları hazırladıq. Adi sahəni yaddaqalan edən məhz bu cür aydın ideyadır.

3. Xidmətin göstərilməsi

Dəri çanta və ayaqqabı təmizliyi, geyimin təmizlənməsi və filialın görünüşü kimi mövzularda həm dizayn, həm video kontent hazırlayırıq.

4. Məlumat bölmələri

Highlight-larda qiymət, filiallar və işimizdən nümunələr yerləşdirilib ki, müştəri qərar verməzdən əvvəl bütün suallara cavab tapsın.

Layihənin nəticəsi

Titanium Dry-ın səhifəsi indi premium xidmət mövqeyinə uyğun görünür, filialları və xidmətləri aydın təqdim edir.

Beyinix yanaşması

Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. Titanium Dry layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.

WhatsApp ilə yazınMarketinq sistem paketləri

Bütün real iş nümunələri · English: Titanium Dry