Academic Art: səhifənin sıfırdan qurulması, loqo, post dizaynı və kreativ video

| Müştəri | Academic Art |
| Fəaliyyət sahəsi | Rəssamlıq və yaradıcılıq təhsili |
| Agentlik | Beyinix |
| Layihə | Səhifənin sıfırdan qurulması, loqo, post dizaynı və kreativ video |
Layihə haqqında
Academic Art akademik rəsm və rəngkarlıq, qabiliyyət imtahanına hazırlıq və həvəskarlar üçün dərslər təklif edən rəssamlıq mərkəzidir.
Bu layihədə Beyinix olaraq hazır səhifəni idarə etməklə kifayətlənmədik. Mərkəz üçün sosial mediada sıfırdan yeni bir görünüş yaratdıq: loqodan başlayıb səhifənin quruluşuna, dizaynlara və videolara qədər.
Məqsədimiz nə idi?
Rəssamlıq dərsi seçən insan əvvəl mühiti, müəllimi və işləri görmək istəyir. Məqsədimiz Academic Art-ı elə təqdim etmək idi ki, səhifəyə girən adam mərkəzin nə təklif etdiyini, kimdən dərs alacağını və nəticənin necə göründüyünü dərhal anlasın.
Beyinix olaraq nə etdik?
1. Loqo və vizual kimlik
Mərkəz üçün loqo hazırladıq və səhifənin rəng, şrift və dizayn dilini ona uyğun qurduq. Beləliklə paylaşımların hamısı eyni brendə aid olduğu ilk baxışdan hiss olunur.
2. Instagram səhifəsinin sıfırdan qurulması
Profil təsvirini dərs istiqamətləri (akademik rəsm, rəngkarlıq, qabiliyyət imtahanına hazırlıq, həvəskarlar üçün dərslər) üzərində yazdıq. Highlight bölmələrini “əl işləri”, “ünvan”, “nəticələr”, “emalatxana” və “workshop” kimi müştərinin axtardığı suallara görə qurduq.
3. Post və qrafik dizaynlar
Qabiliyyət imtahanı üzrə məlumat postları, müəllimi təqdim edən dizaynlar və dərs mövzularını izah edən vizuallar hazırladıq. Məqsəd yalnız gözəl şəkil yox, valideyn və abituriyent üçün faydalı məlumat verməkdir.
4. Kreativ video çəkilişləri
Dərs mühitini, müəllimin işini və rəsm prosesini göstərən videolar çəkdik. Rəssamlıqda proses özü ən güclü kontentdir, çünki insan öyrənəcəyi mühiti görmək istəyir.
Layihənin nəticəsi
Nəticədə Academic Art üçün öz loqosu, vahid vizual üslubu, hazır kontent axını və mərkəzin fəaliyyətini bir yerdə göstərən strukturlaşdırılmış Instagram səhifəsi formalaşdı.
Beyinix yanaşması
Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. Academic Art layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.
WhatsApp ilə yazınMarketinq sistem paketləri
Bütün real iş nümunələri · English: Academic Art
