Kontent biznesin internetdə paylaşdığı hər şeydir: video, şəkil, mətn, story, podcast, məqalə. Adı ingiliscə “content” sözündən gəlir, mənası “məzmun”dur. Amma biznes üçün kontentin bir məqsədi var: insanı sizi tanımaqdan sizdən almağa qədər aparmaq.
Bəyənilən kontent həmişə satmır
Sahibkarın ən çox istədiyi şey “viral” videodur. Amma 200 min baxışı olan video bir dənə də müraciət gətirməyə bilər. Səbəb sadədir: video əyləndirdi, amma problemə toxunmadı. İzləyici güldü və keçdi.
Satan kontent başqa sual verir: “Bu videonu izləyən adam sonra nə edəcək?”
Satan kontentin formulu: Problem, Maraq, Duyğu
- Problem. İzləyici videoda öz dərdini tanıyır. “Bu mənəm” deyir və dayanır.
- Maraq. Video ona bilmədiyi bir şey verir: səbəb, həll, gizli detal. İzləməyə davam edir.
- Duyğu. Hekayə, insan, hiss. Qərar məntiqlə yox, duyğu ilə verilir, məntiq sonra onu əsaslandırır.
Bu üçü bir yerdə olanda, kontent izləyicini müştəriyə yaxınlaşdırır.
Səviyyəli və səviyyəsiz arasında balans
Yalnız cilalı, rəsmi kontent soyuq görünür və izlənmir. Yalnız əyləncəli, ucuz zarafatlar isə izlənir, amma brendə etibar yaratmır. Satan kontent bu ikisinin arasındadır: dili sadə və canlıdır, mesajı isə ciddi və dəyərlidir.
Məsələn, mebel mağazası üçün:
- Yalnız səviyyəli: studiyada çəkilmiş divan, fonda klassik musiqi. Gözəldir, amma keçilir.
- Yalnız səviyyəsiz: divan üstündə tullanan işçi və trend səs. Gülməlidir, amma almağa səbəb vermir.
- Balans: “3 ildən sonra divanınızı bu vəziyyətdə görmək istəmirsinizsə…” cümləsi ilə başlayan, materialları sadə dillə göstərən video.
Kontentin növləri
| Növ | Məqsəd | Nümunə |
|---|---|---|
| Öyrədici | Etibar qazanmaq | “Kreditlə ev alarkən 3 səhv” |
| Hekayə | Duyğu yaratmaq | Müştərinin əvvəl-sonra yolu |
| Arxa plan | Yaxınlıq | Komandanın bir iş günü |
| Satış | Qərarı sürətləndirmək | Təklif, qiymət, son tarix |
Beyinix kontenti məhz bu formul üzərində qurur. Ayrıca video, podcast, motion və fotosessiya sifarişi üçün kreativ xidmətlər səhifəsinə baxın.
Kontent hansı mərhələdə nəyə xidmət edir?
İnsan sizi birinci gündə almır. Əvvəl tanıyır, sonra güvənir, ondan sonra qərar verir. Kontent də bu yolun hər mərhələsi üçün fərqli olmalıdır.
- Tanışlıq. Sizi hələ tanımayan insan üçün qısa video və faydalı məsləhət. Məqsəd satış yox, yadda qalmaqdır.
- Güvən. Müştəri rəyləri, iş prosesi, komandanın arxa planı. İnsan nə aldığını və kimdən aldığını görmək istəyir.
- Qərar. Qiymət, şərtlər, müddət, bu gün yazmağın üstünlüyü. Burada aydın və qısa olmaq lazımdır.
Mövzunu haradan tapmaq olar?
Ən yaxşı mövzu müştərinin özünün verdiyi suallardır. Son bir ayda sizə yazılan mesajlara baxın. Eyni sual üç dəfə verilibsə, bu artıq bir video mövzusudur. İkinci mənbə etirazlardır: “bahadır”, “fikirləşim”, “başqa yerdə daha ucuzdur”. Hər etiraz bir postun cavabıdır. Üçüncü mənbə isə gündəlik işinizdir. Siz üçün adi olan prosesi kənardan baxan insan maraqla izləyir.
Kontentin keyfiyyətini necə yoxlamaq olar?
Paylaşmazdan əvvəl özünüzə üç sual verin. Bu kontent kimin üçündür? İzləyici bunun sonunda nə öyrənir və ya nə hiss edir? Növbəti addım nədir? Əgər cavablardan biri boşdursa, kontent hələ hazır deyil. Bu üç sual çox vaxt saatlarla redaktədən daha yaxşı nəticə verir.
Bunu da oxuyun
Sual-cavab
Xeyr. Kontent səhifənizdə paylaşılan məzmundur. Reklam isə o məzmunu pul ilə daha çox insana göstərməkdir.
Kontentin ideyasını, planını və mətnlərini hazırlayır, çəkiliş və dizayn komandası ilə işləyir.
Zərər verməz, amma məqsəd olmamalıdır. Daha az baxış, amma daha çox müraciət gətirən video biznes üçün daha dəyərlidir.

