Skip to main content

Beyinix

Case study · Estetik cərrahiyyə

Op. Dr. Vidadi Kəbirli: şəxsi brendinq və SMM

Op. Dr. Vidadi Kəbirli: Instagram səhifəsinin Beyinix tərəfindən hazırlanmış dizaynı
MüştəriOp. Dr. Vidadi Kəbirli
Fəaliyyət sahəsiEstetik cərrahiyyə
AgentlikBeyinix
LayihəŞəxsi brendinq və SMM

Layihə haqqında

Vidadi Kəbirli plastik cərrah və LOR həkimidir. Profilində rinoplastika (qapalı əməliyyat) və estetik cərrahiyyə istiqamətləri göstərilir.

Estetik cərrahiyyədə pasiyent klinikanı yox, cərrahı seçir. Ona görə bu layihədə əsas iş cərrahın şəxsi brendini qurmaq oldu.

Məqsədimiz nə idi?

Məqsəd cərrahı peşəkar, etibarlı və öz sahəsində ekspert kimi göstərmək, əməliyyat prosesi barədə pasiyentin suallarına aydın cavab verməkdir.

Beyinix olaraq nə etdik?

1. Şəxsi brend və vizual dil

Tünd mavi tonlarda ciddi, tibbi və premium vizual sistem qurduq. “Gözəlliyin ən təbii forması” kimi mesajla profil baxışda nə təklif etdiyini deyir.

2. İzahedici kontent

Əməliyyat prosesi, rinoplastikanın mərhələləri, estetik tendensiyalar və pasiyent sualları kimi mövzularda postlar və videolar hazırlayırıq.

3. Quruluş

Highlight bölmələrini həkimi tanıdan, əməliyyatı izah edən və əlaqə yaradan məzmuna görə qurduq.

4. SMM

Kontent planı və paylaşım ardıcıllığı idarə olunur. Tibbi məzmun yalnız həkimin təsdiq etdiyi məlumatlara əsaslanır.

Layihənin nəticəsi

Həkim üçün peşəkar, tanınan vizual üslubu olan və pasiyentə prosesi izah edən şəxsi brend səhifəsi formalaşdı.

Beyinix yanaşması

Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. Op. Dr. Vidadi Kəbirli layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.

WhatsApp ilə yazınMarketinq sistem paketləri

Bütün real iş nümunələri · English: Op. Dr. Vidadi Kəbirli