Skip to main content

Beyinix

Video Editor

Beyinix marketing agency üçün video editor axtarırıq.

İşin nə olacaq?

  • Reels, TikTok və reklam videolarının montajını etmək
  • Çəkilmiş materialdan qısa, dinamik və diqqəti saxlayan videolar hazırlamaq
  • Rəng korreksiyası, səs balansı və musiqi seçimi ilə işləmək
  • Videolara subtitr, mətn və animasiya əlavə etmək
  • Ssenariyə və brendin üslubuna uyğun montaj etmək
  • Müştəri və komandadan gələn düzəlişləri vaxtında tətbiq etmək
  • Trendləri izləyərək montaj üslubunu yeniləmək
  • AI alətləri və yeni texnologiyalardan istifadə bacarığı

Bizə hansı bacarıqlar maraqlıdır?

  • Minimum 6 ay real montaj təcrübəsi olan
  • Adobe Premiere Pro proqramında sərbəst işləyən
  • After Effects ilə animasiya, mətn və effekt hazırlaya bilən
  • Ritm, kadr keçidi və hekayə hissi güclü olan
  • İlk 3 saniyənin əhəmiyyətini başa düşən
  • Eyni vaxtda bir neçə layihə üzərində işləyə bilən
  • Vaxta riayət edən, komandada işləməyi bacaran və məsuliyyətli biri

Üstünlük sayılır

  • Reklam və brend videoları üzrə portfolio
  • Motion dizayn təcrübəsi
  • Rəng korreksiyası təcrübəsi

Geri qalanını müsahibədə danışarıq.

CV və portfolionuzu info@beyinix.az ünvanına göndərə bilərsiniz.

Bütün vakansiyalara qayıt