Skip to main content

Beyinix

Meta Ads

Reklamın idarə edilməsi

Reklam pulunuz boşa getməsin. Müraciət gətirən reklam qurur, hər gün optimizasiya edirik.

01

Reklam axını

GörünməDoğru insan görür
MaraqKlik edir
MüraciətYazır
SatışAlır
Aylıq xidmətMeta Ads

Reklam idarəsi

1 000 ₼ / ay

Instagram və Facebook

  • Fərdi reklam strategiyası
  • Dəqiq hədəf auditoriya
  • A/B test
  • Gündəlik optimizasiya
  • Aylıq hesabat
WhatsApp-da yazın
◎︎
Doğru auditoriyaYaş, maraq, region
↻︎
Hər gün nəzarətİşləyən güclənir
↗︎
Aylıq hesabatRəqəmlərlə nəticə
Target reklam

Target reklam nədir və necə işləyir?

Target reklam Instagram və Facebook-da (Meta Ads) reklamı yalnız sizə lazım olan insanlara göstərmək üsuludur: yaşa, regiona, maraqlara və davranışa görə. Düzgün qurulanda reklam büdcəsi təsadüfi baxışlara yox, müraciətlərə xərclənir.

Beyinix 2016-cı ildən Bakıda marketinq agentliyi kimi işləyir. Komandamızda reklamlarla hər gün məşğul olan ayrıca reklam meneceri var. O, reklamı sizin adınıza qurur, izləyir və nəticəyə görə yeniləyir.

Xidmətə nələr daxildir

  • Reklam strategiyası: biznesinizə uyğun kampaniya strukturu və hədəflər.
  • Hədəf auditoriya: yaş, region, maraqlar və oxşar auditoriyaların qurulması.
  • A/B test: bir neçə mətn və vizual variantı yoxlanılır, ən yaxşısı saxlanılır.
  • Gündəlik optimizasiya: işləyən reklam gücləndirilir, işləməyən dayandırılır.
  • Aylıq hesabat: xərc, müraciət sayı və bir müraciətin orta qiyməti.

Necə işləyirik

  1. Biznesinizi, məhsulunuzu və əvvəlki reklam nəticələrini analiz edirik.
  2. Auditoriyanı və reklam variantlarını hazırlayırıq.
  3. Kiçik büdcə ilə test edirik, hansı reklamın müraciət gətirdiyini görürük.
  4. Nəticə verən reklamlara büdcəni artırır, zəifləri dayandırırıq.
  5. Ay sonunda hesabat təqdim edir, növbəti ayın planını birlikdə qururuq.

Qiymət

Reklamın idarə edilməsi aylıq 1 000 ₼-dir. 3 aylıq ödənişdə 10%, 6 aylıq ödənişdə 15% endirim tətbiq olunur. Meta-ya ödənilən reklam büdcəsi biznesinizin hədəfinə görə ayrıca planlaşdırılır.

Reklamla yanaşı müntəzəm video və dizayn da lazımdırsa, marketinq sistem paketlərinə baxın. Mövzu ilə bağlı oxuyun: Reklamı dayandıran kimi satış niyə dayanır?

Sual-cavab

Tez-tez verilən suallar

Target reklam nədir?

Target reklam Instagram və Facebook reklamını yaşa, regiona, maraqlara və davranışa görə seçilmiş insanlara göstərmək üsuludur. Məqsəd büdcəni yalnız potensial müştərilərə xərcləməkdir.

Reklamın idarə edilməsi neçəyədir?

Beyinix-də Instagram və Facebook reklamının idarə edilməsi aylıq 1 000 ₼-dir. 3 aylıq ödənişdə 10%, 6 aylıq ödənişdə 15% endirim var.

Instagram reklamına ayda nə qədər büdcə lazımdır?

Büdcə biznesin hədəfindən, rəqabətdən və məhsulun qiymətindən asılıdır. Kiçik test büdcəsi ilə başlayıb, nəticə verən reklamlara büdcəni tədricən artırmağı tövsiyə edirik. Dəqiq rəqəmi ilk görüşdə birlikdə hesablayırıq.

Reklamı özüm "Boost" ilə versəm nə fərqi var?

Telefondan "Boost" düyməsi ilə verilən reklam çox vaxt geniş və dəqiq olmayan auditoriyaya gedir. Reklam menecerinin işi auditoriyanı daraltmaq, variantları test etmək və büdcəni hər gün nəticə verən reklama yönəltməkdir.

Aylıq hesabatda nələr olur?

Xərclənən məbləğ, reklamı görən insan sayı, kliklər və müraciətlər, bir müraciətin orta qiyməti və növbəti ay üçün təkliflər.