Master Team: peşəkar sosial media səhifəsinin sıfırdan qurulması və SMM

| Müştəri | Master Team |
| Fəaliyyət sahəsi | Məişət texnikası və təmir |
| Agentlik | Beyinix |
| Layihə | Peşəkar sosial media səhifəsinin sıfırdan qurulması və SMM |
Layihə haqqında
Master Team paltaryuyan, soyuducu, kondisioner, elektrik, su sızması və santexnika kimi məişət texnikası və texniki problemlərin həlli üzrə xidmət göstərir.
Beyinix səhifəni sıfırdan qurub və SMM işlərini həyata keçirir. Bu sahədə müştəri problem yaranan anda axtarış edir, ona görə səhifə “həll edən” kimi görünməlidir.
Məqsədimiz nə idi?
Məqsəd müştərinin qarşılaşdığı texniki problemləri adlandıran, xidmət istiqamətlərini aydın göstərən və ustaya güvən yaradan səhifə qurmaq idi.
Beyinix olaraq nə etdik?
1. Brendin sıfırdan qurulması
Loqo, rənglər və profil quruluşunu hazırladıq. Mavi tonlar texniki servis və təmizlik hissini verir.
2. Problemə yönəlmiş kommunikasiya
“Texniki problemdir! Biz həll edirik.” mesajı və “Paltaryuyan işləmir?”, “Soyuducu xarabdır?”, “Su sızması var?” kimi suallarla müştərinin öz problemini səhifədə tanımasını təmin etdik.
3. Xidmət bölmələri
Highlight-ları Kondisioner, Paltaryuyan, Elektrik, Su sızması və Santexnika kimi qruplara ayırdıq. Müştəri öz problemini bir toxunuşla tapır.
4. Kontent və SMM
Ustaların iş prosesini və xidməti göstərən dizaynlar və postlar hazırlayırıq.
Layihənin nəticəsi
Master Team üçün xidmət istiqamətləri aydın, müştərinin problemini adlandıran və təmir xidmətini etibarlı göstərən peşəkar Instagram səhifəsi formalaşdı.
Beyinix yanaşması
Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. Master Team layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.
WhatsApp ilə yazınMarketinq sistem paketləri
Bütün real iş nümunələri · English: Master Team
