Beyinix-də 20-dən çox nəfər çalışır. Strategiya, çəkiliş, montaj, dizayn, Meta reklamları və sosial media idarəsi eyni komandada qurulur. Hər layihədə kimin nəyə cavabdeh olduğunu aşağıda görə bilərsiniz.
Marketinq Direktor
Beyinix-in qurucusu və marketinq direktorudur. Müştərilərin marketinq strategiyasını qurur, komandanın işinin istiqamətini müəyyən edir və layihələrin nəticəyə işləməsinə nəzarət edir. Eyni zamanda təlimçi və ZİDD kitabının müəllifidir.
Ayxan Şərifov
Layihə Rəhbəri və İdarəçisi
Layihələrin başdan sona gedişatına cavabdehdir: tapşırıqların bölüşdürülməsi, müddətlərə nəzarət, müştəri ilə əlaqə və komandanın koordinasiyası onun işidir.
Rövşən Zeynalov
Mühasib
Beyinix-in maliyyə və mühasibat işlərini aparır: müqavilələr üzrə hesablaşmalar, hesab-fakturalar və maliyyə hesabatları.
Əkbər Bağırov
Çəkiliş Koordinatoru
Çəkiliş günlərini planlaşdırır: məkan, vaxt və ssenari üzrə razılaşmalar, çəkiliş qrupu ilə müştərinin koordinasiyası ona aiddir.
Ərşad Muradov
Əsas Videoqraf
Reels, tanıtım və korporativ videoların çəkilişini aparır. Kadr, işıq və səs keyfiyyəti onun məsuliyyət sahəsidir.
Sürəyya Dadaşeva
Reelsmaker və Mobiloqraf
Mobil telefonla reels və story çəkir. Instagram və TikTok formatlarına uyğun qısa, canlı videolar hazırlayır.
Elvin Mirzəyev
Video Editor
Çəkilmiş materialı montaj edir: kəsim, ritm, səs, subtitr və rəng işləməsi. Videoları platformanın formatına uyğun təhvil verir.
Əli Həsənov
Video Editor
Reels və digər videoların montajı ilə məşğuldur: ritm, keçidlər, səs və subtitrlər. Hazır videoları müştəri və platforma tələblərinə uyğun çatdırır.
Fərid İsmayılov
Reklam Meneceri
Meta (Instagram və Facebook) reklam kampaniyalarını qurur və idarə edir: auditoriya seçimi, A/B testlər, büdcənin optimallaşdırılması və hesabat.
Fatimə Qorxmaz
Reklam Meneceri
Meta reklamlarının gündəlik idarəsi ilə məşğuldur: kampaniyaların izlənməsi, nəticələrin təhlili və reklam büdcəsinin səmərəli istifadəsi.
Aynur Əliyeva
SMM Menecer
Müştərilərin sosial media hesablarını idarə edir: məzmun planı, paylaşımların vaxtı, şərh və mesajlara baxış, aylıq nəticələrin təqdimi.
Məhbubə Əlizadə
SMM Menecer
Brendlərin sosial media hesablarının aylıq planlaşdırılması və idarəsi ilə məşğuldur. Paylaşımların hədəf auditoriyaya uyğunluğuna nəzarət edir.
Fatimə Kərimova
SMM Menecer
Sosial media hesablarının məzmun planını hazırlayır və paylaşımların təqvim üzrə çıxmasını təmin edir. Hesabların fəallığını və auditoriya reaksiyasını izləyir.
Beyinix komandasında neçə nəfər çalışır?
Beyinix-də 20-dən çox nəfər çalışır: marketinq direktoru, layihə rəhbəri, mühasib, çəkiliş koordinatoru, videoqraf və mobiloqraf, video editorlar, reklam menecerləri, SMM menecerlər, məzmun yaradıcısı və qrafik dizayner.
Strategiya, çəkiliş, dizayn və reklam eyni komandada edilirmi?
Bəli. Strategiya, video və dizayn istehsalı, Meta reklamları və sosial media idarəsi Beyinix daxilində eyni komanda tərəfindən həyata keçirilir.