Skip to main content

Beyinix

Case study · Şirniyyat istehsalı

Fransua: rebrendinq, SMM və marketinq

Fransua: Instagram səhifəsinin Beyinix tərəfindən hazırlanmış dizaynı
MüştəriFransua
Fəaliyyət sahəsiŞirniyyat istehsalı
AgentlikBeyinix
LayihəRebrendinq, SMM və marketinq

Layihə haqqında

Fransua Bakıda tort, desert və şirniyyat istehsal edən patisserie brendidir. Məhsulların bir hissəsi Wolt üzərindən də sifariş olunur.

Beyinix burada rebrendinq, SMM və marketinq işləri aparır. Şirniyyat sahəsində brend şəkillə yaşayır: tort gözəl görünməlidir ki, insan sifariş etmək istəsin.

Məqsədimiz nə idi?

Layihənin biznes hədəfi satışın artırılmasına dəstək verməkdir. Bunun üçün brendin görünüşünü yeniləmək, məhsulları iştahaaçan göstərmək və xüsusi günlər üçün sifariş verməyi asanlaşdırmaq lazım idi.

Beyinix olaraq nə etdik?

1. Rebrendinq

Brendin vizual dilini yenilədik. Çəhrayı və incə tonlar, zərif şriftlər və vahid dizayn şablonu ilə səhifə bayram və xüsusi gün mühitini əks etdirir.

2. Məhsul vitrininin qurulması

Highlight-ları “desertlər”, “vitrin tortları”, “ünvanlar”, “sizdən gələnlər” və “əlaqə” kimi ayırdıq. Müştəri tortu da, desertı də, ünvanı da bir toxunuşla tapır.

3. Dizayn və kontent

“Günün şirin saatları”, “Özəl anlarını xatırlat” kimi duyğuya xitab edən başlıqlarla tort və desert vizualları hazırlayırıq. Məhsulu yalnız göstərmirik, onun hansı anda yaxşı olduğunu deyirik.

4. SMM və marketinq

Paylaşım ardıcıllığı, mövsümi və bayram kampaniyaları və sifarişə yönəlmiş kommunikasiya idarə olunur.

Layihənin nəticəsi

Fransua üçün yenilənmiş vizual kimlik və məhsulu iştahaaçan göstərən, sifariş yolunu aydın edən Instagram səhifəsi formalaşıb. Layihə davam edir.

Beyinix yanaşması

Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. Fransua layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.

WhatsApp ilə yazınMarketinq sistem paketləri

Bütün real iş nümunələri · English: Fransua