Məzmun Yaradıcısı
Beyinix marketing agency üçün məzmun yaradıcısı axtarırıq.
İşin nə olacaq?
- SMM menecerlərinin həftəlik ehtiyaclarına uyğun kontent ideyaları hazırlamaq
- Reels, TikTok və reklam videoları üçün ssenari yazmaq
- Dizayn postları üçün mətn və konsept hazırlamaq
- Post mətnləri, başlıqlar və story ideyaları yazmaq
- Çəkilişlər üçün qısa brif hazırlamaq və çəkiliş prosesində iştirak etmək
- Hər brendin dilinə və auditoriyasına uyğun yazmaq
- Trendləri izləmək və onları brendlərə uyğunlaşdırmaq
- AI alətlərindən ideya və mətn işində istifadə bacarığı
Bizə hansı bacarıqlar maraqlıdır?
- Azərbaycan dilində səlis və canlı yazı bacarığı
- Kreativ düşüncə və güclü ideya hissi
- Instagram və TikTok-u yaxşı bilən, nəyin niyə yayıldığını başa düşən
- Qısa video formatında hekayə qurmağı bacaran
- Rəyi düzgün qəbul edən və tez düzəliş edə bilən
- Komandada işləməyi bacaran və məsuliyyətli biri
Üstünlük sayılır
- Marketinq və ya SMM sahəsində iş təcrübəsi
- Rus və ingilis dilində yazı bacarığı
- Kamera qarşısında çıxış etmək və ya çəkiliş idarə etmək təcrübəsi
Geri qalanını müsahibədə danışarıq.
CV və işlərinizdən nümunələri info@beyinix.az ünvanına göndərə bilərsiniz.
