Kameranın qarşısına keç, çəkilişlərdən qazan
Beyinix hər ay brendlər üçün reklam, reels, foto və tədbir çəkilişləri edir. Bu çəkilişlər üçün yeni simalar axtarırıq. Qeydiyyatdan keç, model kartını yarat, uyğun çəkiliş olanda səninlə əlaqə saxlayaq.
Kartın hazırdır!
Qeydiyyatın qəbul olundu. Uyğun çəkiliş olanda komandamız WhatsApp-da səninlə əlaqə saxlayacaq.
Bu sənin model kartındır. Doldurduqca dəyişir.
Necə işləyir?
Sadə və şəffaf. Heç bir mərhələdə səndən pul istənmir.
Qeydiyyat
Formanı doldur, model kartını yarat. 2 dəqiqə çəkir.
Seçim
Brendin istəyinə uyğun çəkiliş olanda bazadan namizədləri seçirik.
Əlaqə
WhatsApp-da yazırıq: çəkilişin tarixi, yeri, mövzusu və ödənişi.
Çəkiliş və ödəniş
Razılaşsan, çəkilişdə iştirak edirsən və razılaşdırılmış ödənişi alırsan.
Tez-tez verilən suallar
Qeydiyyat pulludur?
Xeyr. Qeydiyyat tamamilə pulsuzdur. Beyinix heç bir mərhələdə portfolio, foto sessiya və ya kurs üçün səndən pul istəmir. Belə bir təklif alsan, bu bizim adımızdan deyil.
Təcrübəm yoxdur, qeydiyyatdan keçə bilərəm?
Bəli. Reklam və reels çəkilişlərində təbii, səmimi insanlar da axtarılır. Təcrübə vacib deyil.
Çəkilişlər ödənişlidir?
Bəli. Ödəniş çəkilişin növünə, müddətinə və istifadə şərtlərinə görə dəyişir və hər çəkilişdən əvvəl səninlə razılaşdırılır.
Neçə yaşdan qeydiyyat olar?
Qeydiyyat 18 yaşdan yuxarı olanlar üçündür.
Qeydiyyatdan sonra nə vaxt əlaqə saxlayırsınız?
Uyğun çəkiliş olanda. Bu bir neçə gün də ola bilər, bir neçə ay da. Məlumatların bazamızda qalır.
Məlumatlarımı silə bilərəm?
Bəli. info@beyinix.az ünvanına yaz, məlumatlarını bazadan silək.
