Skip to main content

Beyinix

Gözəl tədbirlərinizi özəl edirik

Beyinix Event, Beyinix marketinq agentliyinin tədbir təşkili istiqamətidir. Tədbiri sadəcə gözəl keçən bir gün kimi yox, brendiniz üçün nəticə verən marketinq addımı kimi qururuq. İdeya, dizayn, foto-video və sosial media işıqlandırması bir komandadadır.

Tədbirinizi müzakirə edək

Hansı tədbirləri təşkil edirik

Kiçik komanda görüşündən böyük açılışa qədər. Hər tədbiri brendinizin dili və məqsədi ilə qururuq.

01

Korporativ tədbirlər

Yeni il gecələri, komanda günləri, yubileylər və əməkdaşlar üçün xüsusi görüşlər.

02

Açılış və təqdimatlar

Mağaza, filial və klinika açılışları, yeni məhsul və xidmətlərin təqdimatı.

03

Konfrans və seminarlar

Proqram, spikerlər, qeydiyyat və məkan. Mövzunuzu auditoriyaya peşəkar şəkildə çatdırırıq.

04

Brend aktivasiyası

Ticarət mərkəzində, küçədə və ya sərgidə insanların brendinizlə canlı tanış olduğu kampaniyalar.

05

Tədbir dizaynı və brendinq

Dəvətnamə, banner, səhnə və foto-zona dizaynı. Hər detal brendinizin üslubunda.

06

Foto-video və SMM işıqlandırması

Tədbirdən əvvəl anons, tədbir zamanı canlı paylaşımlar, sonra isə foto, video və reels.

Necə işləyirik

Siz məqsədi deyirsiniz, bütün mərhələləri biz idarə edirik.

01

Brif

Məqsədi, auditoriyanı, tarixi və büdcəni birlikdə müəyyən edirik.

02

Konsepsiya və büdcə

Tədbirin ideyasını, proqramını və aydın smetanı təqdim edirik.

03

Hazırlıq

Məkan, dizayn, podratçılar, dəvətlər və anonslar bizim üzərimizdədir.

04

Tədbir günü

Komandamız tədbir yerində olur və hər şeyin vaxtında getməsinə nəzarət edir.

05

Nəticə

Foto-video, sosial media paylaşımları və qısa nəticə hesabatı.

Niyə Beyinix Event

2016-cı ildən marketinq agentliyi kimi fəaliyyət göstəririk. Tədbirə də marketinq gözü ilə baxırıq.

Marketinq düşüncəsi

Tədbir yalnız gözəl görünmək üçün yox, brendinizə müştəri və tanınma gətirmək üçün qurulur.

Hər şey bir komandada

Dizayner, SMM, foto-video və təşkilatçı eyni yerdədir. Ayrı-ayrı podratçılar axtarmağa ehtiyac qalmır.

Tədbirdən sonra da davam edir

Çəkilən kontent həftələrlə sosial mediada işləyir və tədbirin təsirini uzadır.

Növbəti tədbirinizi birlikdə quraq

Tarixi və ideyanızı yazın, sizə uyğun konsepsiya və smeta ilə geri dönək.

WhatsApp ilə yazın

Komandanız üçün təlim lazımdır? Beyinix Edu