Niaqara Mebel: ustalar üçün Instagram səhifəsi və hədəf auditoriyaya uyğun məzmun

| Müştəri | Niaqara Mebel |
| Fəaliyyət sahəsi | Mebel hissələrinin istehsalı və emalı |
| Agentlik | Beyinix |
| Layihə | Ustalar üçün Instagram səhifəsi və hədəf auditoriyaya uyğun məzmun |
Layihə haqqında
Niaqara Mebel mebel ustalarına xidmət göstərən istehsal və emal mərkəzidir. Müştərisi son istifadəçi yox, mebel hazırlayan ustalardır.
Bu fərq bütün kommunikasiyanı dəyişir. Usta gözəl şəkildən çox, dəqiqlik, müddət və xidmətin nə olduğunu bilmək istəyir. Beyinix səhifəni məhz bu auditoriyaya uyğun qurdu.
Məqsədimiz nə idi?
Məqsəd ustalara “nə iş görürük, necə görürük, haradadır” suallarının cavabını bir baxışda vermək və mərkəzi mebel sahəsində etibarlı tərəfdaş kimi təqdim etmək idi.
Beyinix olaraq nə etdik?
1. Ustalara yönəlmiş profil
Profil təsvirini ustanın dilində yazdıq: verilən ölçüyə uyğun dəqiq kəsim, ustanın istəyinə uyğun istehsal, ünvan. Highlight bölmələri “ünvan”, “materiallar”, “xidmətlər”, “ustalar” və “işlərimiz” kimi qurulub.
2. Xidmətlərin izahı
CNC kəsim, PVC bantlama, oval bantlama və kəsim yatağı kimi xidmətləri sadə vizual və qısa mətnlərlə izah edən paylaşımlar hazırladıq. Hər xidmət ayrıca kart kimi başa düşülür.
3. İstehsal prosesi
Real iş prosesini göstərən kadrlar və videolar istifadə etdik. Usta işləndiyini görəndə etibar edir.
4. Rəngli və tanınan dizayn
Paylaşımlarda isti, narıncı-qəhvəyi tonlardan istifadə etdik. Bu, ağac və mebel mühitini xatırladır və səhifəni digər xidmət səhifələrindən ayırır.
Layihənin nəticəsi
Niaqara Mebel üçün ustaların tez tapıb başa düşəcəyi, xidmətləri aydın izah edən və istehsal mühitini göstərən Instagram səhifəsi formalaşdı.
Beyinix yanaşması
Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. Niaqara Mebel layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.
WhatsApp ilə yazınMarketinq sistem paketləri
Bütün real iş nümunələri · English: Niaqara Mebel
