Divanchi Interiors: sosial media brendinqi, SMM və marketinq

| Müştəri | Divanchi Interiors |
| Fəaliyyət sahəsi | Mebel və interyer |
| Agentlik | Beyinix |
| Layihə | Sosial media brendinqi, SMM və marketinq |
Layihə haqqında
Divanchi Interiors premium auditoriyaya yönəlmiş mebel və interyer brendidir. Mebelin bir hissəsi showroomda təqdim olunur, bir hissəsi isə sifarişlə hazırlanır.
Beyinix bu brend üçün sosial media brendinqi, SMM və marketinq işlərini həyata keçirdi. Əsas məsələ məhsulların necə təqdim olunmasında idi, çünki mebel şəkildən satılır.
Məqsədimiz nə idi?
Məqsəd mebel məhsullarını və interyer üslubunu vahid vizual dildə göstərən, premium auditoriyanın zövqünə uyğun media profili yaratmaq idi.
Beyinix olaraq nə etdik?
1. Brend dili və ton
Səhifənin neytral, sakit və isti tonlarda qurulmasına qərar verdik. Bu palitra mebelin özü ilə uyğundur və interyer axtaran müştəridə dəbdəbəli, amma səliqəli təəssürat yaradır.
2. Məhsul qruplarına görə quruluş
Highlight bölmələrini divan, künc divan və çarpayı kimi məhsul qruplarına görə qurduq. Müştəri istədiyi kateqoriyaya bir toxunuşla keçir.
3. Vizual paylaşımlar
Paylaşımlarda məhsulun formasını, materialını və interyerdə necə göründüyünü ön plana çıxardıq. Eyni zamanda tekstura və detal kadrları ilə keyfiyyət hissi yaratdıq.
4. SMM və marketinq
Kontent planı, paylaşım ardıcıllığı və marketinq istiqamətləri brendin premium mövqeyinə uyğun idarə olunur.
Layihənin nəticəsi
Divanchi Interiors-ın səhifəsi indi vahid vizual üslubu olan, məhsulu interyerdə göstərən və premium auditoriyaya uyğun görünən media profilinə çevrilib.
Beyinix yanaşması
Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. Divanchi Interiors layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.
WhatsApp ilə yazınMarketinq sistem paketləri
Bütün real iş nümunələri · English: Divanchi Interiors
