Skip to main content

Beyinix

Case study · Şüşə istehsalı və dekorativ şüşə həlləri

Glasstech: Instagram profil dizaynı və peşəkar video çəkilişləri

Glasstech: Instagram səhifəsinin Beyinix tərəfindən hazırlanmış dizaynı
MüştəriGlasstech
Fəaliyyət sahəsiŞüşə istehsalı və dekorativ şüşə həlləri
AgentlikBeyinix
LayihəInstagram profil dizaynı və peşəkar video çəkilişləri

Layihə haqqında

Glasstech dekorativ şüşə, smartglass, məhəccər, qapı və duş kabin kimi məhsullar istehsal edən şirkətdir. Brendin şüarı “Glasstech is more than glass” yəni “Glasstech şüşədən daha çoxdur”.

Bu sahədə məhsulu yalnız təsvirlə izah etmək çətindir. Şüşənin interyerdə necə göründüyünü göstərmək lazımdır. Ona görə işimiz profili və vizual dili məhz bu məqsədə uyğun qurmaq oldu.

Məqsədimiz nə idi?

Məqsəd Glasstech-i sadəcə şüşə satan şirkət kimi yox, interyer həlləri təklif edən premium brend kimi göstərmək idi. Həm memar və dizaynerlər, həm də evini yeniləyən müştərilər səhifədə nümunə görüb qərar verə bilməli idi.

Beyinix olaraq nə etdik?

1. Biznesə uyğun profil dizaynı

Profil təsvirini məhsul qruplarına görə (dekorativ şüşə, smartglass, məhəccər, qapı, duş kabin) qurduq. Highlight bölmələrini “layihələr”, “məhsullar”, “istehsalat”, “ünvan” və “partnyorlar” kimi ayırdıq ki, ziyarətçi aradığını tez tapsın.

2. Vizual ardıcıllıq

Paylaşımlarda sürgülü arakəsmə kimi məhsulları interyerdə göstərən, sakit tonlu, səliqəli vizuallardan istifadə etdik. Profilin ümumi görünüşü premium mövqeyə uyğun qaldı.

3. Peşəkar video çəkilişləri

İstehsal prosesini, ustaların işini və məhsul detallarını göstərən videolar hazırladıq. Bu videolar şirkətin sadəcə satmadığını, özünün istehsal etdiyini sübut edir.

Layihənin nəticəsi

Glasstech-in Instagram səhifəsi indi məhsulları, layihələri və istehsalı bir yerdə göstərən, biznesin ciddiliyini əks etdirən vizual quruluşa malikdir.

Beyinix yanaşması

Bizim üçün hər layihə müştərinin biznesini anlamaqla başlayır. Çünki hər sahənin öz auditoriyası, öz kommunikasiya dili və öz marketinq yanaşması var. Glasstech layihəsində də brendinq, SMM və marketinq strategiyasını ayrı-ayrı işlər kimi yox, bir sistem kimi qurduq. Eyni yanaşmanı sizin biznes üçün də tətbiq edə bilərik.

WhatsApp ilə yazınMarketinq sistem paketləri

Bütün real iş nümunələri · English: Glasstech