Skip to main content

Beyinix

SMM menecer

Beyinix marketing agency üçün SMM menecer axtarırıq.

İşin nə olacaq?

  • Brendlərin Instagram, Facebook və TikTok səhifələrini idarə etmək
  • Aylıq kontent planı hazırlamaq və paylaşımların vaxtında çıxmasını təmin etmək
  • Dizayner və videoqrafla birlikdə ideya və konsept üzərində işləmək
  • Postlar üçün mətn yazmaq, hashtag və paylaşım vaxtını seçmək
  • Şərh və mesajlara baxmaq, auditoriya ilə ünsiyyəti izləmək
  • Trendləri izləyərək kontentlərə uyğunlaşdırmaq
  • Statistikaya baxıb nəticələri komandaya və müştəriyə izah etmək
  • AI alətləri və yeni texnologiyalardan istifadə bacarığı

Bizə hansı bacarıqlar maraqlıdır?

  • Minimum 6 ay SMM təcrübəsi olan
  • Instagram, Facebook və TikTok-un işləmə məntiqini bilən
  • Azərbaycan dilində düzgün və canlı yazmağı bacaran
  • Kontent planlaşdırma və təşkilatçılıq bacarığı olan
  • Kreativ düşüncə və sürətli adaptasiya bacarığı olan
  • Komandada işləməyi bacaran və məsuliyyətli biri

Üstünlük sayılır

  • Meta Ads (reklam kabineti) ilə iş təcrübəsi
  • Canva, CapCut və ya Figma bilgisi
  • Statistika və hesabat alətləri ilə iş təcrübəsi

Geri qalanını müsahibədə danışarıq.

CV və portfolionuzu info@beyinix.az ünvanına göndərə bilərsiniz.

Bütün vakansiyalara qayıt