Marketinq Liderlik
Sektorunuzda sizi lider edəcək marketinq sistemi qururuq: kontent və reklam bir hədəfə, müraciət və satışa işləyir.
Sistemə daxildir
- Multi-platform, satış yönümlü marketinq strategiyası
- Biznes sektorunuza özəl kontent inkişaf sistemi
- Rəqəmsal reklam və satış sisteminin formalaşdırılması
- Brend inkişafı və premium mövqelənmə sistemi
- Səhifələrin idarə edilməsi və story aktivliyi
Nəticədə əldə edirsiniz
- Multi-platform müraciət və mesaj axını
- Satış yönümlü marketinq sistemi
- Bazarda aydın mövqelənmə
- İzləyicidən real müştəriyə keçid
Ay ərzində nələr edirik?
Kontent biznesinizə özəl strategiyaya əsasən hazırlanır.
Reklam və satış axını
- Aktiv reklam kampaniyalarının tam qurulması
- Meta Ads və TikTok Ads idarəetməsi
- Target və retarget auditoriyalar
- Müraciətdən satışa keçid sistemi
- Reklam və kontentin paralel optimizasiyası
- Nəticələrin davamlı analizi
3 aylıq əməkdaşlıq prosesində satışları 20% artırmağı hədəfləyirik. Bu zəmanət deyil, hədəfdir: nəticə məhsulun keyfiyyətindən, qiymətdən və müraciətlərə cavab sürətindən də asılıdır. Reklam və kontent paralel işləyir, nəticələr davamlı analiz olunur.
Bu paket sizə uyğundurmu?
Müştəri bazanız var, satışlarınız gedir. İndi sual başqadır: sektorda “biri” kimi yox, ilk ağla gələn kimi tanınmaq. Burada məqsəd sadəcə görünmək deyil, bazarda aydın yer tutmaq və müraciətlərin təsadüfən yox, gözlənilən axınla gəlməsidir. Ən çox seçilən paket məhz budur.
Bunu seçsəniz, nə dəyişəcək?
- Instagram, Facebook və TikTok-da satışa yönəlmiş vahid strategiya.
- Ayda 34 kontent: 12 video, 20 qrafik dizayn, 2 animasiya, story-lər isə limitsiz olaraq hazırlanır (yəni əsas səhifədə 34 məzmun paylaşılacaq).
- Meta və TikTok reklamları: auditoriyaları qururuq, səhifənizə baxıb getmiş insanlara yenidən çatırıq (retarget), müraciəti satışa çevirmək üçün sistem qururuq.
- Reklamı və kontenti ayrı-ayrı yox, paralel optimallaşdırırıq.
İlk ay necə keçir?
Əvvəlcə bazara baxırıq: rəqibləriniz nə edir, müştəriniz sizə qədər hansı yolu keçir. Bundan sonra sizi bazarda necə mövqələndirəcəyimizi və nə danışacağımızı müəyyən edirik. Sonra ilk kontent dəsti və reklam kampaniyaları qurulur. İlk həftələrin nəticəsinə baxıb yanaşmanı dəqiqləşdiririk.
Hədəf barədə açıq danışaq
Paketin 3 aylıq satış hədəfi +20%-dir. Nəticə məhsulunuzun keyfiyyətindən, qiymətindən və gələn müraciətlərə nə qədər tez cavab verdiyinizdən də asılıdır.
Çox soruşulan suallar
- Bu paket Böyümədən nə ilə fərqlənir? Daha çox kontent (24 əvəzinə 34), limitsiz story, retarget auditoriyaları və brend inkişafı üzrə iş.
- Uzun müddət işləsək, endirim olurmu? Bəli. 3 aylıqda 10%, 6 aylıqda 15%.
Ən geniş variant lazımdırsa? 6 platformada işləmək istəyirsinizsə, Dominant paketinə baxın.
Bəs nə qazandırır?
Reklam müştəri gətirir, kontent onu inandırır. Bütöv marketinq komandası bir qiymətə.
- Strateq, SMM menecer, dizayner, videoqraf, animator və reklam mütəxəssisi bir komandada, bir qiymətə
- Kontent və reklam eyni məqsədə işləyir: müraciət və satış
