Marketinq Böyümə
İzləyicini real müştəriyə çevirən kontent və reklam sistemi qururuq.
Sistemə daxildir
- Instagram, Facebook və TikTok üzərində idarəetmə sistemi
- Satış yönümlü marketinq strategiyası
- Biznesə uyğun izləyici auditoriyasının formalaşdırılması
- Səhifə idarəetməsi və story aktivliyi
Nəticədə əldə edirsiniz
- Mesaj və müraciət axını
- Satış yönümlü kontent sistemi
- İzləyicidən müştəriyə keçid
Ay ərzində nələr edirik?
Kontent biznesinizə özəl strategiyaya əsasən hazırlanır.
Reklam və satış axını
- Meta Ads kampaniyalarının yaradılması
- Hədəf auditoriyanın qurulması
- Mesaj və müraciət axınının qurulması
- Reklam nəticələrinin optimizasiyası
3 aylıq əməkdaşlıq prosesində satışları 10% artırmağı hədəfləyirik. Bu zəmanət deyil, hədəfdir: nəticə məhsulun keyfiyyətindən, qiymətdən və müraciətlərə cavab sürətindən də asılıdır. Reklam və kontent paralel işləyir, nəticələr davamlı analiz olunur.
Bu paket sizə uyğundurmu?
Hər gün insanlar səhifənizə baxır, bəlkə izləyiciniz də var, amma mesaj yazan yoxdur. Bu çox rast gəlinən haldır və problem adətən izləyici sayında olmur, həmin insanların müştəriyə çevrilməsində olur. Böyümə burada işə düşür: kontent insanı inandırır, reklam isə inanan insanı sizə yazmağa gətirir.
Bunu seçsəniz, nə dəyişəcək?
- Instagram, Facebook və TikTok bir strategiya ilə idarə olunacaq.
- Ayda 24 kontent çıxacaq: 8 video, 15 qrafik dizayn və 1 animasiya (yəni əsas səhifədə 24 məzmun paylaşılacaq).
- Meta Ads və TikTok Ads idarəetməsi.
İlk ay necə keçir?
İlk görüşdə sizdən çox şey soruşacağıq: kimə satırsınız, müştəri sizə necə yazır, yazanda ona nə vaxt cavab verilir. Sonra strategiya və kontent planını hazırlayırıq, ardınca ilk kontent və reklam kreativləri gəlir. Kampaniya başlayır və ilk nəticələrə birlikdə baxırıq.
Hədəf barədə açıq danışaq
Paketin 3 aylıq satış hədəfi +10%-dir. Nəticə məhsulunuzun keyfiyyətindən, qiymətindən və gələn müraciətlərə nə qədər tez cavab verdiyimizdən də asılıdır. Kontent keyfiyyətli olur, reklama qoyulur, nəticə əldə edilir. Bunu qabaqcadan deyirik ki, gözləntiniz real nəticə ilə üst-üstə düşsün.
Çox soruşulan suallar
- Qiymətə nə daxildir? Üç platformada idarəetmə, ayda 24 kontent (8 video, 15 dizayn, 1 animasiya), story-lər, Meta Ads və TikTok Ads idarəetməsi.
- Uzun müddət işləsək, endirim olurmu? Bəli. 3 aylıqda 10%, 6 aylıqda 15%.
Daha böyük ehtiyacınız varsa? Daha çox platforma və daha geniş reklam sistemi lazımdırsa, Liderlik paketinə baxın.
Bəs nə qazandırır?
İzləyici yox, mesaj gətirən sistem. Hədəf: 3 ayda satışda +10%.
- Strateq, SMM menecer, dizayner, videoqraf, animator və reklam mütəxəssisi bir komandada, bir qiymətə
- Kontent və reklam eyni məqsədə işləyir: müraciət və satış
