beyinix •

post-header

Şəxsi Brendinq – Azərbaycanda niyə bu qədər çətindir?

Azərbaycanlı olaraq biz çox vaxt “özünü tanıtmaq” deyəndə içimizdə qəribə bir təzad yaranır.
Bir tərəfdə “özünü göstərmək ayıbdır” tərbiyəsi, o biri tərəfdə isə “niyə səni tanımırlar?” sualı.

Və nəticədə bir çox istedadlı insan görünmədən qalır.

Şəxsi brendinq “reklam” deyil, şəxsiyyətin strategiyasıdır

Səni fərqləndirən səsin, üslubun, dəyərlərin varsa sən artıq brendin əsasını qurmuş hesab olunursan.Sadəcə insanlar səni tanısın deyə, bunu planlı şəkildə təqdim etməyin gərəkdir.

Brendinq “məni izləyin” demək deyil.
O, “mən nəyə görə burdayam?” sualına cavab tapmaqdır.

Azərbaycanda əsas problem: özünə dəyər verməkdən çəkinmək

Çoxlarımız “özümü tərifləmək istəmirəm” deyib susuruq.
Amma susmaq bəzən sadəcə özünü gizlətmək olur, təvazökarlıq deyil.
Danışmaq gümüşdürsə, susmaq qızıldır? susmaq qızıl olsaydı susan insanlar milyonçu olardılar…

Əgər sən yaxşı mütəxəssissənsə, insanlara dəyər verirsənsə, əməyinin arxasında əsl düşüncə dayanırsa
onda səni tanımaq ictimai məsuliyyətdir, eqo deyil.

Şəxsi brend olmaq üçün “süni parıltı” lazım deyil

Şəxsi brend bahalı fotolar, “quote”lar, və “motivasiya” videoları deyil.
O, davamlılıq, səmimiyyət və istiqamət deməkdir.

Nəticə: Görünmək yox, tanınmaq vacibdir

Görünmək bir dəfəlikdir, amma tanınmaq etibarın və dəyərlərin üzərində qurulur.

Ona görə də bu gün özünü göstərməkdən qorxma səni tanımasalar, sənə bənzəməyənlər danışacaq.
Səni tanısalar, səni anlayanlar yetişəcək.

Beyinix marketinq komandası olaraq inanırıq ki, şəxsi brendinq xidmətimizlə sizi arzuladığın bir mövqeyə çatdıra bilərik. Hər zaman xidmətinizdəyik.