SMM nədir və niyə bu qədər vacibdir?
Əvvəllər hər kəs işini tanıtmaq üçün dükan açardı. Yolun üstündən keçənlər, qonşular, tanışlar görərdi. Ən yaxşı reklam “adam-adama danışmaq” idi və biri razı qalırdısa, o biri müştəriyə də xəbər çatırdı.
Amma indi həyat dəyişib. İnsanlar küçədə deyil, telefon ekranında gəzir. Yolda avtobus gözləyərkən, axşam yeməyindən sonra, hətta səhər çayını içərkən belə hamı Instagram-da, TikTok-da, Facebook-da vaxt keçirir.
Məhz burda SMM – Sosial Media Marketinq devreye girir.
SMM sadəcə şəkil paylaşmaq deyil:
Çoxları düşünür ki, SMM demək gündə 1-2 şəkil, video paylaşmaqdır. Amma əslində bu, sadəcə “vitrini doldurmaqdır”. SMM-in əsas məqsədi isə izləyicini müştəriyə çevirməkdir.
• Göz oxşayan vizual → diqqəti cəlb edir
• Dərdə toxunan mətn → izləyicini düşündürür
• Düzgün strategiya → izləyicidə “mənim ehtiyacım budur” hissi yaradır
Yəni SMM, sənin işinlə insanın qəlbi arasında qurulan körpüdür.
SMM-in emosional tərəfi:
Azərbaycan insanı üçün “etibar” hər şeydən önəmlidir.
Bir brendin postuna baxanda insan ürəyində sual verir:
• “Bunlara güvənə bilərəmmi?”
• “Məhsul doğrudan da dəyərlidirmi?”
• “Məni aldadacaqlarmı?”
SMM-in gücü də burdadır.Sosial şəbəkələrdəki doğru üslub, səmimi yanaşma və keyfiyyətli məzmun insanın içindəki o suallara cavab verir. İzləyici səni izləyici olaraq yox, tanış kimi görür.
Son olaraq:
1. SMM ilə brendin sadəcə görünmür, yadda qalır.
2. Müştəri sadəcə “almağa gəlmir”, həm də səninlə bağ qurur.

