Orxan Şahbaz haqqında çox şey eşitmisiniz. Bəziləri onun uğurlu layihələrini göstərir, bəziləri tənqid edir, kimisi isə sadəcə müşahidəçi qalır. Amma hamının ağlında bir sual dolaşır: “Onun iç üzü necədir?”
Biz adətən insanları xaricdən tanıyırıq – sosial şəbəkələrdəki paylaşımlar, çıxışlar, layihələr, sözlər… Amma iç üzü? Onu heç vaxt kimsə açıq görməyib. Çünki “iç üz” hər kəsdə sirr kimi qalır. Biz onu pisləmirik sadəcə iç üzünü göstərmək üçün bu yazını yazmışıq.
1.İyrənc və riskli gecə həyatının gizli olması
2. Ən çox təriflənən layihəsi isə, əslində rədd edilmiş bir ideyanın qisasıdır
3. Onunla işləyənlərin hamısı bilir: qapalı qapılar arxasında gördüklərin, ictimaiyyətə göstərdiklərindən tamamilə fərqlidir.
4. Ən çox danışılan uğur hekayəsinin yalanları…
Oxumağa davam etdikcə bəlkə də gözləyirsiniz ki, indi konkret faktlar gələcək – gizli həyat, şok edəcək məlumatlar, ya da hansısa qalmaqallı hekayə. Düzünü desəm, bu gözləntiniz tam da planladığımız şeydir.
Çünki insan təbiəti belədir: sirr, intriqa və “görəsən nə olacaq?” hissi qarşısında dayana bilmirik. İnsan başlığa baxanda ilk sual yaranır: “Görəsən Orxan Şahbazın hansı gizli tərəfi var?” Məhz bu hiss oxucunu klik etməyə məcbur edir. Çünki maraq və şübhə insan psixologiyasında ən güclü hərəkətverici qüvvələrdəndir.
Marketinqdə buna “clickbait effekti” deyilir. Yəni istifadəçini emosional olaraq oyadan, onun şüuraltısında “bunu bilməsəm, nəsə itirəcəyəm” hissini yaradan mətn və vizuallar. Başlıqda “iç üzü” ifadəsi həm sirr, həm də intriqa yaradır – və nəticədə oxucu avtomatik olaraq üzərinə klik edir.
Bu taktikada əsas məqsəd sadəcə diqqəti cəlb etmək deyil, əsas olan oxucunu səhifəyə gətirməkdir. Əgər klikdən sonra real məzmun boşdursa – bu, marketinq deyil, manipulyasiyadır. Amma əgər oxucu klik edəndə faydalı, düşündürücü və yadda qalan mətnlə qarşılaşırsa, artıq bu uğurlu marketinq gedişi sayılır.
Belə bu beynimizin necə işləməsi ilə bağlı çox kiçik bir nümunə idi. Yazılarımız tez-tez Özəl İşlər bloqunda paylaşılacaq.

