ORXAN ŞAHBAZ
Beyinix Marketinq Agentliyinin rəhbəri, “ZİDD” kitabının müəllifi, Təlimçi

Orxan Şahbaz 1992-ci ildə Bakı şəhərində anadan olub. Əslən Füzuli rayonu Qaraxanbəyli kəndindəndir. Orta təhsilini 93 saylı tam orta məktəbdə alıb. Ali təhsili Odlar Yurdu Universiteti və USA Lincoln Universitetinin ikili diplom proqramı ilə BBA (Bachelor of Business Administration) – Biznes İdarəetməsi və Marketinq ixtisasında təhsil alıb. Hərbi xidmətini xüsusi təyinatlı kəşfiyyat taborunda kəşfiyyatçı vəzifəsində həyata keçirib. 2016-2018-ci ildən başlayaraq Yumşaq Bacarıqlar (Soft Skills) mövzularında fərdi şəxslər, şirkət əməkdaşları və ictimai tədbirlərdə təlim, seminarlar həyata keçirir. 2018-2020-ci illərdən etibarən marketinq, idarəetmə, sosial psixologiya sahələrində fəaliyyətini davam etdirir. 2022-ci ildən aktiv və davamlı şəkildə təlim və seminarlarla bərabər, qurucusu olduğu “Beyinix” marketinq mərkəzində şirkətlər, fərdi şəxslər üçün brendinq, sosial media strategiyasının qurulması və s. bu yöndə marketinq xidmətlərini həyata keçirir. Sosial media hesablarında aktiv həyat tərzi, ictimai mövzulara münasibət, marketinq və fəlsəfə yönümlü məzmunlar paylaşır. 2016-cı ildən indiyə qədər keçdiyi təlim və seminarlarda bütün Azərbaycan üzrə təxminən 18.000 + şəxsiştirak edib. “ZİDD” kitabının müəllifidir. Hobbisi velosiped sürmək, fitneslə məşğul olmaq, vloq hazırlamaq, hikinq, trekinq, yürüş. Həyat şüuarı: Causa sui.
