beyinix •

post-header
Bloq

Niyə insanlar sevdiyi halda uzaqlaşır və niyə müştərilər səni istədiyi halda səndən heçnə almır?

Sənə bir sual verim.
Heç olub ki, kimsə ilə hər şey yaxşı başlayıb? Mesajlar vaxtında gəlir, maraq var, enerji var… sonra isə birdən-birə hər şey dəyişir.
Eyni insan artıq gec yazır, əvvəlki kimi maraqlanmır, sanki yavaş-yavaş uzaqlaşır və sən düşünürsən:Sevirdisə, niyə belə oldu?
Bu sual sənə tanışdırsa, indi başqa bir sual verim.

Heç olub ki, müştəri səhifənə baxıb, məhsulla maraqlanıb, yazıb… amma sonra yoxa çıxıb?
Və sən yenə düşünmüsən: istəyirdisə, niyə almadı? Əslində bu iki vəziyyət eynidir. Sadəcə biri münasibət, digəri biznesdir. Amma davranış psixologiyası eynidir.İnsanlar hər zaman məntiqlə hərəkət etmir. Onlar əvvəl hiss edir, sonra özlərinə məntiq qururlar.

Münasibətdə də belədir. Bəzən insan səni bəyənir, maraqlanır hətta bağlanmağa başlayır amma yenə uzaqlaşır.
Çünki yaxınlıq hamı üçün rahat deyil.Bəziləri üçün yaxınlaşmaq riskdir. İncimək, itirmək, dəyərsiz hiss etmək qorxusu və.s Ona görə də insan bəzən özü-özünü qorumaq üçün geri çəkilir.

İndi bunu bizneslə əlaqələndirək. Müştəri də eynidir.
O:
– maraqlanır
– qiymətə baxır
– hətta yazır
amma sonra almır.
Bu hər zaman qiymətə görə deyil. Hər zaman məhsula görə deyil. Çox vaxt səbəb daha sadədir: o səni hiss etmədi. Sən düzgün idin, amma hiss çatmadı

Sən deyirsən ki, məhsulum yaxşıdır, xidmətim yaxşıdır, qiymət normaldır və haqlısan. Amma müştəri üçün bu kifayət deyil. ünki o yalnız baxmır, o “hiss edir”.

Sənin sosial media səhifəni açanda:
– güvən hiss etmirsə
– aydınlıq yoxdursa
– qarışıqlıq varsa
o səssizcə çıxır. Eynilə münasibətdə olduğu kimi. Səhifə də münasibət kimidir nstagram səhifən əslində bir tanışlıqdır. İlk baxış. İlk təəssürat. İlk hiss. Əgər bu hiss zəifdirsə, qarışıqdısa, plansızdırsa
müştəri qalmaz və səhifəni tərk edər.
İnsanlar “ən yaxşısını” yox, “özünə yaxın olanı” seçir. Bu çox vacibdir. İnsanlar həmişə ən keyfiyyətlini
və ya ən ucuzu seçmirlər. Onlar özlərinə güvən verəni seçir.Bu isə vizualla, danışıq tonu ilə, kontentin dili ilə yaranır.

Və ən böyük səhvlərdən biri də nədir bilirsən? Münasibətdə də, biznesdə də eyni: başqasının reaksiyasına görə öz dəyərini ölçmək. Kimsə səni seçmirsə bu sənin pis olduğun demək deyil, bu sadəcə uyğun olmadığını göstərir. Amma bu o demək deyil ki, sən inkişaf etməməlisən.

Və burda məsələ başlayır Əgər sən səhifəni səliqəyə salırsansa, kontenti sistemlə qurursansa, insanın hiss edəcəyi dili yaradırsansa onda artıq səni anlayırlar, sənə güvənirlər və ən əsası səni seçirlər.

Sonda sənə sadə bir şey deyim

Satış:
məhsulla yox, hisslə başlayır.
Hiss hər zaman birincidir.