Əslində marketinq yalnız məhsul satmaq üçün deyil həm də münasibətlərin necə qurulacağını,necə davam edəcəyini göstərən “görünməz alət”dir. İnsan davranışını öyrənir, emosiyaları hədəfləyir, ehtiyaclarla istəkləri uyğunlaşdırır. Bu baxımdan, kişi və qadın münasibətlərində marketinq böyük rol oynayır.
1. İmic və özünü təqdimetmə
Münasibətin ilk mərhələsi imicdən keçir. Necə ki, brend özünü bazarda təqdim edir, insan da özünü “təqdim edir”. Paltar, danışıq tərzi, davranış – hamısı marketinqin “branding” hissəsidir. Kişi qadına, qadın isə kişiyə ilk baxışda bir imic ötürür.
2. Emosional əlaqə qurmaq
Uğurlu marketinq yalnız məntiqə deyil, emosiyalara da toxunur. Münasibətlərdə də eynidir – qadın özünü dəyərləndirən, kişi isə ona motivasiya verən tərəf kimi emosional bağ yaradır. Əslində hər ikisi bir-birinə “unique value” təqdim edir.
3. Loyal müştəri = Sadiq tərəfdaş
Markaların müştəriyə sadiqlik yaratmaq üçün bonus, hədiyyə və loyallıq proqramı olduğu kimi, münasibətlərdə də davamlı diqqət, hörmət və kiçik jestlər qarşı tərəfi “sadiq müştəriyə” çevirir. Burda marketinq dili ilə desək, “retention” artır.
4. Kommunikasiya – əsas satış kanalı
Münasibətdə ünsiyyət reklam kimidir. Brend yanlış mesaj versə, bazarda uğur qazanmaz. Kişi və qadın da yanlış ünsiyyət qursa, münasibət uzunömürlü olmaz. Doğru söz, doğru vaxt və doğru tonda danışmaq “kampaniyanın” uğurunu müəyyənləşdirir.
5. Dəyər yaratmaq
Marketinqdə məqsəd məhsul satmaq deyil, dəyər göstərməkdir. Münasibətlərdə də tərəflər bir-birinə dəyər təqdim etdikcə əlaqə möhkəmlənir. Əks halda, “brend” rəqiblərə uduza bilər.
Kişi və qadın münasibəti əslində bir marketinq strategiyasıdır – düzgün imic, emosional əlaqə, loyallıq, effektiv kommunikasiya və dəyər təqdimatı. Kim bu prinsipləri daha yaxşı anlayırsa, münasibətlərdə də “lider brend” olur.

